AZ

Xəzər dənizində külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı

COP29 çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq (GVt) külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli imzalayıblar.

Nəzərdə tutulan layihə çərçivəsində Azərbaycanda dənizdə ilk külək stansiyaları inşa olacaq. Bu sənəd tərəflər arasında ötən il Naxçıvanda ümumi gücü 500 MVt olan bərpa olunan enerji mənbələri layihələrinin həyata keçirilməsi ilə bağlı tərəfdaşlığın genişləndirilməsinə xidmət edir.

Seçilən
58
46
xezerxeber.az

10Mənbələr