AZ

COP29: AYİB hərracının nəticələri açıqlanacaq

Fins.az xəbər verir ki, Azərbaycan, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən dəstəklənən ilk bərpa olunan enerji hərracının nəticələrini COP29-da elan edəcək.

AYİB-in Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə Enerji və Təbii Ehtiyatlar Departamentinin direktoru Aida Sitdikova, bu təşəbbüsün Mərkəzi Asiya və Azərbaycanda həyata keçirildiyini bildirib. O qeyd edib ki, AYİB 14 ölkədə bərpa olunan enerji mənbələri üzrə hərraclar təşkil edir. Bunlar arasında Özbəkistan, Qazaxıstan və Azərbaycan da yer alır.

Hərracın nəticələrinin COP29 çərçivəsində açıqlanacağı bildirilib.
 

Zemfira Ms
Fins.az

 

Seçilən
46
fins.az

1Mənbələr