AZ

İqbal Əbilov öz filminə görə aldığı mükafatı Azərbaycanın siyasi məhbuslarına həsr edib

Azərbaycanda həbs edilmiş talış tədqiqatçı İqbal Əbilovun "Fraqmentlər" adlı qısametrajlı filmi noyabrın 14-də İspaniyanın paytaxtında Madrid Indie Film Festivalında (MADRİFF) nümayiş etdirilib.

Filmi müəllifin qohumu, tanınmış stendapçı İdrak Mirzəlizadə təqdim edib və Əbilovun festival iştirakçılarına məktubunu oxuyub. Məktubda layihənin reallaşmasına kömək edənlərin hamısına təşəkkür edilib. Əbilov  öz elmi və ictimai fəaliyyətinə görə həbsdə olduğu vaxtda onu dəstəkləyən hər kəsə minnətdarlığını bildirib.

"Ümid edirəm ki, ədalət tezliklə bərqərar olacaq, mənim günahsızlığım sübut olunacaq və azadlığa çıxaraq Madridə gedib festivalın bütün filmlərini izləyəcəyəm", - əbilov qeyd edib.

Daha əvvəl onun filmi İtaliyada Monza Film Festivalında ən yaxşı elmi- fantastik film nominasiyasında mükafatına layiq görülüb.

Bundan öncə əbilov bildirmişdi ki, Monza festivalının mükafatını Azərbaycandakı bütün siyasi məhbuslara həsr edir.

* "Fraqmentlər" adlı qısametrajlı bədii film 2023-cü ildə çəkilib və süni intellekt mövzusuna həsr olunub. Filmdə bir-birinə aşiq olan iki androidin hekayəsindən bəhs edilir, onların gündəlik həyatından müxtəlif səhnələr əks olunur.

Filmin kulminasiya nöqtəsi avtomobil qəzasıdır, androidlərdən biri ölür,  digəri intihar etmək qərarına gəlir.

** İqbal əbilov iyulun 22-də Azərbaycana qohumlarının yanına gələrkən saxlanılıb. Ona Azərbaycan Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və ya onların nümayəndələrinin tapşırığı ilə dövlətə qarşı yönəlmiş ictimai çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılması) maddələrilə ittiham irəli sürülüb.

Əsasən bildirilir ki, bütün bu cinayətlərin Ermənistanın xüsusi xidmət orqanlarının göstərişilə törədilib.

Əbilov ittihamları rədd edir və bildirir ki, sadəcə, elmi fəaliyyətlə məşğul olub. Dünyanın müxtəlif ölkələrindən alimlərdən ibarət böyük qrup Azərbaycan rəhbərliyinə müraciət edərək Əbilovun azad edilməsinə köməklik göstərilməsini xahiş ediblər. Hüquq müdafiəçiləri İqbal Əbilovu siyasi məhbus kimi tanıyıblar.

Seçilən
101
turan.az

1Mənbələr