AZ

Materatsidən 14 ildən sonra gələn Mourinyo etirafı

İtaliya yığmasının heyətində DÇ-2006-nın qalibi olmuş, eləcə də ''İnter''in tarixində iz buraxmış Marko Materatsi Joze Mourinyo ilə bağlı maraqlı etiraf edib.

''İnter'' 2010-da Mourinyonun başçılığı altında tarixinin ən uğurlu dönəmini yaşayaraq trebl etmiş və Madriddə keçirilən Çempionlar Liqasının finalında ''Bavariya''nı 2:0 məğlub etmişdi. Amma həmin il Mourinyo ''İnter''dən ayrılaraq ''Real''ın başına keçmişdi. Hazırda 51 yaşı olan Materatsi o dönəmlə bağlı bunları deyib:

''2010-da qazandığımız ÇL-dən sonra Mourinyoya möhkəm sarıldım. Çünki artıq ayrılacağını bilirdim. Qalsaydı, növbəti mövsümdə də onunla bir çox titullar qazanardıq. Həmin finaldan 2 həftə öncə Mourinyoya komandada qalması üçün yalvardım. Onun ofisinə getdim. Amma söhbət zamanı gözümün içinə baxa bilmirdi. Həmin an hər şeyi anladım''.

Qeyd edək ki, o vaxtdan bu yana hələ də heç bir İtaliya təmsilçisi ÇL-i qazana bilməyib.

ƏLİ
Seçilən
29
football-plus.az

1Mənbələr