AZ

Cahangir Həsənzadə: “Millimizin D divizionuna düşməsi düşünmək belə istəmirəm” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadənin İdman.bizə müsahibəsi

- Azərbaycan yığması sabah Millətlər Liqasında Estoniya ilə üz-üzə gələcək. Matçdan gözləntiləriniz nədir?

- Estoniyaya qarşı qarşılaşmadan yalnız qələbə gözləyirik. Komandamız rəqibi məğlub etmək gücündədir. Düzdür, matç Bakıda olsaydı, yaxşı idi. Çünki azarkeş dəstəyi öz rolunu oynayardı. Amma Qəbələdə də kifayət qədər azarkeşimiz olacaq. Komandadan yalnız qələbə gözləyirik.

- Hamı Estoniya ilə matçda qələbəyə köklənib. Millidə bir çox itkilər var. Əgər məğlubiyyət olsa, bu fiasko sayılacaq?

- Bəli, ictimaiyyət, futbolsevərlər və jurnalistlər qələbəyə köklənib. İtkilərimiz var. Amma düşünmürəm ki, sırf kiminsə olmamağı təsirini göstərəcək və yığmamız müsbət nəticə qazana bilməyəcək.

- Millimiz C divizionunda qalmaq üçün 2 top fərqli qələbə qazanmalıdır. Sizcə bunu bacaracaq?

- Məncə, bacaracağıq. Daha da artığını edə bilərik. Onun üçün imkanlarımız kifayət qədərdir. Həm futbolçu, həm də istək baxımından. Estoniyanı o qədər də keyfiyyətli yığma komanda kimi görmürəm. Düzdür, birinci görüşdə bizi məğlub etdilər, amma matçın gedişatı onu göstərdi ki, biz daha yaxşı oynayırıq. Potensialımız daha çoxdur.

- Millimiz D divizionuna yuvarlanarsa, bu, komandamıza necə təsir edəcək? Bəlkə elə C divizionunda oynamağımız daha yaxşıdır?

- Millimizin D divizionuna düşməsi barəsində ümumiyyətlə düşünmək istəmirəm. Zənnimcə, indiki mövqeyimiz bizə uyğundur. C divizionunda mübarizəmizi davam etməliyik.

- Son zamanlar millidə qapıçı problemi yaşanır. Mehti Cənnətovun yenidən milliyə çağrılmaması sizcə düzgün addım idi?

- Komandanın heyətində qeyri-adilik yoxdur. Digər məsələləri isə baş məşqçinin öhdəliyinə buraxmalıyıq. O, daha yaxşısını bilir. Ümid edirəm ki, daha yaxşı analiz edib və istədiyi oyunçuları dəvət edib. Səhv və ya düz seçim barədə münasibət bildirmək yanlışdır. Yığma komandamızın baş məşqçisi ən yaxşısını edir.

Emin Ağa
İdman.biz

Seçilən
51
idman.biz

1Mənbələr