AZ

Koul Palmer: “Çelsi”yə keçmək istəmirdim, məni dilə tutdular”

İngiltərə millisinin hücumameyilli yarımmüdafiəçisi Koul Palmer “Çelsi”yə niyə və necə keçdiyi ilə bağlı xatirəsini paylaşıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, Palmer “zadəganlar”a qoşulmaq fikrində olmayıb.

İngilis futbolçu müvafiq addımını İngiltərə Premyer Liqasında mütəmadi oynamaq istəyinə görə “saqqızının oğurlanması” ilə əsaslandırıb:

“Mən “Çelsi”yə keçməyi belə, planlaşdırmırdım. Həmin vaxt məni dilə tutdular. Mən sadəcə, istədiyim qədər oynaya bilməyəcəyimi bilirdim. Aşağı yaş qrupları ilə İngiltərəyə düşərgələrə getdiyimdə belə, orada, hər həftə liqada çıxış edən oyunçular var idi. Ətrafa da baxıb düşünürsən ki: “Mən liqada oynaya bilərəm”. Sən oynamayanda, bu, qıcıqlandırıcı təsir göstərir. Mən sadəcə, icarəyə yollanmaq istəyirdim, amma yekunda belə alındı”, deyə Palmer xatırlayıb.

Koul Palmer “Mançester Siti”nin yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz Mançester klubundan keçib.
PalmerinLondon təmsilçisi ilə müqaviləsi 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 13 oyuna çıxıb, 7 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Palmer “Çelsi”nin heyətində ümumilikdə 58 oyun keçirib, 32 qol vurub, 20 məhsular ötürmə verib.

Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
64
arena.az

1Mənbələr