Yeni Zelandiyada deputatlar qanun layihəsinə etiraz olaraq parlament zalında rəqs ediblər.
Azpost.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bu yolla Te Pati Maori partiyasının nümayəndələri 1840-cı ildə Britaniya kolonistləri ilə Maori liderləri arasında imzalanmış Vaytanqi müqaviləsinə yenidən baxılmasını nəzərdə tutan qanun layihəsinə etirazlarını bildiriblər.
Bu müqavilə iki tərəf arasında birgə idarəetmənin şərtlərini müəyyən edib. Lakin zaman keçdikcə məhkəmələrin və xüsusi tribunalın qərarları maorilərin hüquq və imtiyazlarını genişləndirməyə başlayıb. Bir çox yerli sakinlər bunu yerli olmayan vətəndaşlara qarşı ayrı-seçkilik kimi qəbul etdilər.
Ötən həftə ACT Yeni Zelandiya Partiyası Vaytanqi müqaviləsi haqqında daha dar bir anlayış təqdim edəcək qanun təklif etdi. Cavab olaraq, Maori nümayəndələri təklif olunan dəyişikliklərin yerli xalqların hüquqlarını pozduğunu bildiriblər.
Azpost.info