AZ

Antalyada otellərdə hələ də aktivlik müşahidə olunur

Yay günləri davam etdiyi üçün Antalyada otellərdə hələ də aktivlik müşahidə olunur.

Turizm şəhəri Antalya hər il milyonlarla turisti qəbul edir.

Türkiyənin bir çox bölgəsində qış və soyuq havalar təsirli olsa da, şəhərdə hələ də isti hava hakimdir.

Havaların isti keçməsindən istifadə edən turistlər Antalyada dəniz suyundan istifadə edirlər.

Şəhərdə otel doluluğu 70 faizə çatıb.

Kemer, Manavqat və Belek bölgələrindəki otel və hostellərdə də izdiham var.

Antalyaya gələn turistlərin sayı 16 milyon 300 mini keçib.

İlin sonuna kimi ziyarətçilərin sayının 17 milyonu keçəcəyi proqnozlaşdırılır.



Seçilən
56
1
trt.net.tr

2Mənbələr