AZ

Premyer Liqanın 4 klubu “Mançester Siti”yə qarşı tələb irəli sürdü

İngiltərə Premyer Liqasının dörd klubu 115 maliyyə pozuntusunda təqsirləndirilən “Mançester Siti”yə qarşı rəsmi tələb irəli sürüb.

Arena.az bu barədə “The Times” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Mançester Yunayted”, “Liverpul”, “Arsenal” və “Tottenhem” “Mançester Siti”nin İngiltərə Premyer Liqasının maliyyə ədaləti qaydalarını pozmasında 115 ittiham əsasında təqsirli bilinəcəyi halda, “şəhərlilər”dən təzminat almaq üçün mümkün iddialarını rəsmi olaraq qeydiyyatdan keçiriblər.

Əgər “Mançester Siti” bu işdə təqsirkar bilinərsə, adları sadalanmış bu klublar son mövsümlərdə liqa qəniməti qazana bilmədiyi və ya hər hansı bir avropakubok yarışına vəsiqə əldə edə bilmədiyi üçün, itirilmiş mənfəətə dair təzminat haqqı tələb edə bilərlər.

Vurğulanır ki, təzminat haqqının məbləği yüz milyonlarla dollara çata bilər. Bu isə klubun “belinin qırılmasına” bərabər ola bilər, belə ki, bu məbləği birbaşa ödəmək üçün ortaya qoyulmuş şəffaf büdcə də tələb edilir. Amma “Mançester Siti” məhz elə, bu yerdə axsayır.

Xatırladaq ki, “Mançester Siti”yə qarşı ittihamlar məbləği artırılmış sponsorluq müqavilələri vasitəsilə gəlirləri şişirtmək və xərcləri gizlətməklə bağlıdır. Bir sözlə, pulun haradan gəlib hara getdiyi məlum deyil, iz “yuxarılar”da itir, “aşağılarda” kələfin ucu dolaşıqdır.

Seçilən
42
48
arena.az

10Mənbələr