Türk Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz İsrailin hücumlarına məruz qalan Qəzzada qurduqları aşxana sayəsində fələstinlilərə 3 milyondan çox isti yemək çatdırıldığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Türk Qızıl Ayparası dünyanın ən çox ölkəsinə çatan qeyri-hökumət təşkilatıdır.
Müxtəlif coğrafiyalarda təbii fəlakətlərlə yanaşı, ağrılı hadisələrlə də qarşılaşdıqlarını bildirən Yılmaz İsrailin hücumları altında Qəzzada insanlıq faciəsinin yaşandığını xatırladıb.
Yılmaz Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının oktyabr ayında Cenevrədə keçirdiyi konfransda bütün beynəlxalq cəmiyyətlərin Qəzza hadisələri ilə bağlı ortaq fikir ifadə etdiyini bildirib: “Heç vaxt humanitar hüquq qaydalarına bu həddə məhəl qoyulmayan bir dövr olmayıb.”