AZ

Pol Poqba ilə bağlı qərar bu gün açıqlanacaq

Dopinq testi müsbət nəticələndiyi üçün aldığı 4 illik diskvalifikasiya cəzası 1,5 ilə endirilən və gələn ilin martından rəsmi matçlarda oynamaq hüququ olan Pol Poqba bu gün məxsus olduğu "Yuventus"la yolları ayıracaq.

Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Kave Solhekol yayıb.

Məlumata görə, Turin klubu yaxın saatlarda fransalı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayacaq.

Xatırladaq ki, Poqba son dəfə ötən ilin sentyabr ayını 3-də meydana çıxıb.

Nihat

Seçilən
37
fanat.az

1Mənbələr