AZ

“Kartdan karta” ödənişə görə nəzarət tədbirlərinə BAŞLAYIR

Sabahdan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti POS-terminalların quraşdırılmaması halları ilə bağlı nəzarət tədbirlərinə başlayacaq.

KONKRET.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə qanunvericiliyin tələblərinə baxmayaraq, ümumiyyətlə, POS-terminal quraşdırılmadığı müəyyən edilib.

Noyabrın 16-dan etibarən həmin vergi ödəyiciləri ilə də bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Seçilən
29
24
konkret.az

10Mənbələr