Bakı. Trend:
Mədəniyyət dayanıqlı iqlim həllərinin əldə edilməsində açarelementdir.
Trend xəbər verir ki, bunuCOP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirininmüavini Yalçın Rəfiyev mədəniyyətə əsaslanan iqlim fəaliyyətləriüzrə ikinci yüksək səviyyəli nazir görüşündə deyib.
"COP29 çərçivəsində mədəniyyətə əsaslanan iqlim fəaliyyətləriüzrə ikinci nazir dialoqunun nəticələrini yekunlaşdıraraq, iqlimfəaliyyətlərində mədəni aspektlərin tanınması sahəsində əhəmiyyətliirəliləyiş əldə edildiyini qeyd edirik. Bu dialoq dayanıqlı iqlimhəllərinin əldə edilməsində mədəniyyətin açar element olduğu barədəortaq inamımızı daha da möhkəmləndirdi", - deyə Y.Rəfiyevbildirib.
Onun sözlərinə görə, mədəniyyətin iqlim siyasətinəinteqrasiyasının əhəmiyyəti ilə bağlı beynəlxalq konsensus əldəolunub, həmçinin "Dostlar Qrupu"nun fəaliyyətini tənzimləyənsənədlər hazırlanaraq təsdiqlənməyə təqdim edilib. Bu çərçivələrmədəniyyətə əsaslanan iqlim fəaliyyətlərini dəstəkləyərək,Şimal-Cənub və Cənub-Cənub mübadilələrinə töhfə verir, ədalətli vəinklüziv iqlim həllərini təşviq edir.
"Müzakirələrimiz təsirin ölçülməsi strategiyalarınınhazırlanması və qlobal adaptasiya səylərinin sürətləndirilməsinəhəsr olunaraq, gələcək fəaliyyətlər üçün möhkəm bir təməl yaratdı.Sessiyalar çərçivəsində müxtəlif ölkə və təşkilatlarınnümayəndələrinin fikirlərini dinlədik. Onlar mədəniyyətə yönəlmişiqlim fəaliyyətlərinin iqlim ambisiyalarını artırmağa və qlobalyekun təhlilin həyata keçirilməsinə necə dəstək ola biləcəyini özbaxışları ilə bölüşdürər", - deyə Y.Rəfiyev vurğulayıb.
O, əlavə edib ki, bu müzakirələr şəffaflıq və hesabatlılığınvacibliyini bir daha ön plana çıxarıb, təşəbbüslərin həm effektiv,həm də etibarlı olmasını təmin edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.