AZ

Üstü 50 ildən sonra açılan qətl - Yeni texnologiyanın töhfəsi

ABŞ-da polis 1974-cü ildə törədilən bir qətlin üstünü açıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yalnız yarım əsrdən sonra onilliklər ərzində gizlənən qatili tapıb həbs edə biliblər.

Bildirilir ki, cinayətkar yeni DNT analiz texnologiyaları sayəsində tapılıb.

Hekayə Minneapolisdən Çikaqoya avtostopla gedən 25 yaşlı Meri Şliasın yoxa çıxması ilə başlayıb. Bir müddət sonra onun qalıqları Viskonsin ştatının Dunn qraflığında tapılıb və istintaq dayandırılıb. Yalnız 50 ildən sonra cinayətkarı - dindirilmə zamanı təqsirini etiraf edən 84 yaşlı Con K. Milleri tutmaq mümkün olub.

Həbs noyabrın 7-də DNT analizi və genetik məlumat bazaları sayəsində həyata keçirilib. Cinayət yerində tapılan tüklər genetik şəcərədən istifadə edərək cinayətkarın izinə düşməyə kömək edib. Ramapo kollecinin mütəxəssisləri mövcud DNT məlumat bazalarından istifadə edərək əvvəlcə Millerin qohumlarını tapıblar və hüquq-mühafizə orqanları onların köməyi ilə qatili yaxalayıblar.

Genetik test qrupunun rəhbəri David Gerni onların komandasının oxşar işlərdə 17 ipucu topladığını və 75 cinayətin açılmasına kömək etdiyini söyləyib. O, ədalətin bərqərar olmasına kömək edə biləcəyi üçün DNT testinin vacibliyini qeyd edib.

Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr