Bakı. Trend:
COP29 çərçivəsində noyabrın 15-də Birləşmiş Ərəb ƏmirlikləriTicarət Mərkəzinin təşkilatçılığı ilə “Afrika Dayanıqlı TicarətTəşəbbüsü”nə dair sessiya keçirilib.
Trend xəbər verir ki,sessiyada Afrikada dayanıqlı ticarətin gələcəyininformalaşdırılması məsələləri müzakirə olunub.
Afrika İxrac-İdxal Bankının icraçı vitse-prezidenti Kanayo Avanibildirib ki, COP29-da iştirak Afrika ölkələrindən olan nümayəndələrüçün mühüm əhəmiyyət kəsb edir. İqlim dəyişikliyinin təsirləritəkcə qlobal ekosistemə deyil, həm də cəmiyyətlərin sosial-iqtisadiinkişafına ciddi təsir göstərir. Bu təsirlərlə mübarizə aparmaq vədaha davamlı gələcək qurmaq üçün hərtərəfli düşünülmüş yanaşmalarınvə kollektiv səylərin vacibliyi danılmazdır.
O, Afrika üçün xüsusi əhəmiyyət kəsb edən davamlı ticarətinroluna da toxunub. Qeyd edib ki, Afrika qitəsi iqlim dəyişikliyinəqarşı mübarizədə həm dayanıqlılığın artırılması, həm də iqtisadiinkişafa töhfə verəcək ticarət mexanizmlərinin inkişafetdirilməsinə ehtiyac duyur. COP29-dakı müzakirələr yalnız qlobaliqlim hədəflərinə töhfə vermək deyil, həm də Afrikanın ticarətpotensialını iqlim dəyişmələrinə uyğun şəkildə genişləndirməkbaxımından böyük əhəmiyyət daşıyır. O, belə beynəlxalqplatformaların davamlı inkişafın təmin olunması istiqamətindəqitənin kollektiv gücünü və qlobal əməkdaşlıq səylərinigücləndirəcəyinə ümid etdiyini bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühitnazirinin müavini Məhəmməd Əl Nuaymi çıxışında qloballaşan vəqarşılıqlı asılılığın artdığı dünyada dayanıqlı ticarətpraktikasının mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, qlobaliqtisadi və ekoloji sistemlərin bir-biri ilə sıx əlaqəsi ticarətfəaliyyətlərinin iqlim hədəfləri ilə uyğunlaşdırılmasını zəruriedir. Bu yanaşma həm iqtisadi inkişafın, həm də ekoloji tarazlığınqorunması üçün həyati əhəmiyyət daşıyır. İqlim dəyişikliyinə qarşımübarizə yalnız dövlətlərin səyləri ilə məhdudlaşmamalı, həmçininözəl sektorun fəal iştirakı ilə dəstəklənməlidir: “Xüsusilə COP29kimi beynəlxalq platformalar davamlı inkişafın təşviq edilməsi vəqlobal miqyasda birgə fəaliyyət üçün unikal imkanlar yaradır. Buçərçivədə irəli sürülən innovativ yanaşmalar və maliyyəmexanizmləri yalnız iqlim dəyişikliyinin təsirlərini minimumaendirmək deyil, həm də iqtisadi tərəqqiyə töhfə vermək üçün vacibalətlərdir. Dayanıqlı ticarətin təşviqi iqlimə uyğuniqtisadiyyatların formalaşdırılmasında əsas təməllərdən biridir”, -deyə Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi qeyd edib.
Qeyd olunub ki, Afrika Kontinental Azad Ticarət Zonası (AfCFTA)dayanıqlı sənayeləşməni təşviq etmək və qitənin sıfır karbonlugələcəyə keçidini dəstəkləmək baxımından unikal imkanlar təqdimedir. AfCFTA-nın təşviq etdiyi sənayeləşmə modeli həm Afrikanıniqtisadi inkişafını təmin edir, həm də iqlim məqsədləri ilə uyğunolan aşağı karbonlu inkişaf yolunu dəstəkləyir. STA Afrikaya daxilolan və qitədə ticarət və investisiyaları artırmaq üçün effektivplatforma rolunu oynayır. Bu təşəbbüs Afrikanın dayanıqlı iqtisadiinkişaf potensialını nümayiş etdirmək və AfCFTA-nın təqdim etdiyiimkanları vurğulamaqla, birbaşa xarici investisiyaların cəlbolunmasına, Afrikanın inkişaf gündəmini dəstəkləyəntərəfdaşlıqların qurulmasına kömək edə bilər.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların TəşviqiAgentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev,Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)İdarə Heyətinin sədri Orxan Məmmədov və digərləri diqqətəçatdırıblar ki, dayanıqlı ticarət yalnız iqtisadi artımı deyil, həmdə sosial ədalət və ekoloji davamlılığı təmin edir. Bu məqsədləyaşıl enerji layihələrinin təşviqi və karbon emissiyalarınınazaldılmasına yönəlmiş strategiyaların həyata keçirilməsivacibdir.
Tədbir iştirakçıları dayanıqlı ticarət təşəbbüslərinin qlobalmiqyasda tanıdılması və Afrikanın qlobal iqlim gündəmində dahagüclü mövqe tutması üçün beynəlxalq əməkdaşlığıngenişləndirilməsinin vacibliyini vurğulayıblar. Belə təşəbbüslərinhəm qitənin iqtisadi inkişafına, həm də iqlim dəyişikliklərinəqarşı mübarizəsinə mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.
Sonra sessiya panel müzakirələrlə davam etdirilib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.