"Google" tətbiqlərə qeydiyyatdan keçərkən real e-poçt ünvanınızı gizlətməyə imkan verəcək yeni Android funksiyası üzərində işləyir. "Etibarlı e-poçt" adlanan funksiya "Apple"ın iCloud+ istifadəçilərinə təklif etdiyi "e-poçtumu gizlət" xidmətinə bənzəyəcək.
Redaktor.az xəbər verir ki, bu funksiya onlayn izləmə və məlumat sızmasından qorunmaq məqsədi daşıyır, çünki o, yeni hesab yaratarkən real ünvanını açıqlamamağa imkan verir.
"Etibarlı e-poçt" istifadəçilərə mesajları əsas gələnlər qutusuna yönləndirəcək təsadüfi ünvanlar yaratmağa kömək edəcək. Eyni zamanda, spam başlasa, istifadəçilər istənilən vaxt mesajın yönləndirilməsini söndürə biləcəklər. Parametrlər, ehtimal ki, əlavə nəzarət səviyyəsini təmin edərək, "Google Hesabı" və "Android" proqramı vasitəsilə əldə edilə bilər.
Bu funksiya "Google Parol Meneceri" ilə inteqrasiya olunacaq və istifadəni asanlaşdıracaq. Bununla belə, "etibarlı e-poçt"un pulsuz olacağı, yoxsa "Google One" kimi "Google"un ödənişli xidmətlərinin bir hissəsi olacağı hələ dəqiq deyil.
Sevinc İBRAHİMZADƏ