İki fələstinli terrora dəstək verdiyi üçün həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Polisinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, İsrail polisi və əsgərləri İordan çayının qərb sahilində 2 fələstinlini həbs edib.
Onlar “qıcıqlandırıcı məzmun yaymaqda və düşmən terror təşkilatını dəstəkləməkdə” şübhəli bilinərək həbs ediblər.
Saxlanılanlardan birinin evində aparılan axtarış zamanı təxribat xarakterli materiallar və “İslami Cihad” bayrağı götürülüb. İstintaq zamanı şübhəlilərin terrora təhrik və dəstək verməsi ilə bağlı əlavə məlumatlar aşkar edilib .
Xuraman Etibarlı
İnterpress.az