AZ

Özəl sektoruntəmiz enerji infrastrukturuna sərmayələri 70 faiz artıb - Amerikalı nazir

Bakı. Trend:

Biz özəl sektorun təmiz enerji texnologiyalarına və təmiz enerjiinfrastrukturuna sərmayə qoyduğunu görürük.

Trend xəbər verir ki, bubarədə Amerika Birləşmiş Ştatlarının energetika naziri CeniferM.Qranholm COP çərçivəsində keçirilən mətbuat konfransında çıxışızamanı deyib.

O qeyd edib ki, bu sərmayələr əvvəlki ilə müqayisədə 70%artıb.

“Bu irəliləyiş yalnız son 4 ildə baş verdi. Bütün bunlar ABŞ-nintəmiz enerjinin genişləndirilməsi üçün yatırılaninvestisiyalardır.

İnflyasiyanın Azaldılması Aktındakı təşviqlər günəş və küləkenerjisi istehsalçılarının şəbəkəyə əvvəllər heç görmədiyimizsürətlə bərpa olunan enerji əlavə edə bilməsinə səbəb oldu. Bu ilinsonunda biz şəbəkəmizə 60 gigavatt təmiz enerji əlavə edəcəyik ki,bu da əvvəlkindən iki dəfə çoxdur. Amerikalıların 70%-iİnflyasiyanın Azaldılması Aktını dəstəkləyir”,- deyə obildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
45
1
az.trend.az

2Mənbələr