AZ

Konsertinə gələn tamaşaçını bıçaqlayan repçi 6.5 il müddətinə həbs edildi

Rusiyanın Nijni Novqorod vilayətində məhkəmə tamaşaçısını bıçaqlayan 22 yaşlı reper Blurselfini cəzasını ciddi rejimli həbsxanada çəkməklə 6,5 il müddətinə azadlıqdan məhrum edib.

Bakupost.az yerli mediaya istinadla bildirir ki, fevral ayında konsert zamanı reper səhnədə bıçağı çıxararaq onu yelləməyə başlayıb və bunu təkrarlayıb. Bu, tamaşaçılardan birinin xoşuna gəlməyib. O, ifaçıya tərəf səhnəyə çıxıb, onun üzünə vurub və qaçmağa çalışıb. Ancaq aralarında reperin də olduğu səkkiz nəfər onun arxasınca qaçıb. Reper kişini əvvəlcə qollarından, sonra iki dəfə gövdəsindən, beş dəfə ayağından bıçaqlayıb.

Nəticədə reperə qarşı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
Seçilən
44
bakupost.az

1Mənbələr