AZ

COP29:Almaniya iqlim nümayəndəsi Bakı çağırışını dəstəkləyib

Almaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi Cennifer Morqan, COP29 çərçivəsindəki “İqlim və Sülh” panelində çıxış edərək, Bakı çağırışının iqlim dəyişikliyi sahəsində səyləri birləşdirə biləcəyini vurğulayıb.

Fins.az xəbər verir ki, o, bu çağırışın hökumətlərlə, yerli icmalarla və BMT agentlikləri ilə tərəfdaşlığa əsaslanaraq münaqişəyə meyilli bölgələrdə daha çox əməkdaşlıq təmin edəcəyini qeyd edib.

Morqan həmçinin, gələcək riskləri və zərərləri aradan qaldırmaq üçün emissiyaların azaldılmasının vacibliyini vurğulayıb və COP29-un uğurlu keçməsinin önəmli olduğunu bildirib.
 

Zemfira Ms
Fins.az

 

Seçilən
44
fins.az

1Mənbələr