![Bananların](/uploads/posts/2024-11/ban-na.jpg)
Hollandiya gömrükçülər Ekvadordan gətirilən bananların arasından 720 kq kokain aşkar ediblər. Bu barədə Hollandiyanın NOS telekanalı prokurorluğun press-relizinə istinadla məlumat yayıb.
Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, narkotiklər Vlissingen limanında keçirilən növbəti yoxlama zamanı aşkar edilib.
Prokurorlar kokainin bazar dəyərinin təxminən 54 milyon avro olduğunu bildirirlər.
V. QULİYEV