AZ

Ruslar Putinin fəaliyyətini bəyənir?

Rusiya prezidenti Vladimir Putinə ölkə vətəndaşlarının 78,8 faizi etimad göstərir və əksəriyyət onun işini bəyənir.

Publika.az xəbər verir ki, bu, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsIOM) sorğusunun nəticələrindən məlum olub.

Sorğunun nəticələrindən belə çıxır ki, respondentlərin 76,3 faizi dövlət başçısının fəaliyyətini bəyənir. Bundan əlavə, ruslar hökumətin və baş nazirin işini müsbət qiymətləndiriblər, belə qiymətləndirmənin səviyyələri müvafiq olaraq 51,8 və 50 faiz təşkil edib.

Sosioloqlar sorğunu noyabrın 5-dən noyabrın 10-dək cib telefonlarının təsadüfi nümunəsindən istifadə edərək telefon müsahibəsi vasitəsilə aparıblar. Tədqiqatda 1600 respondent iştirak edib.

Seçilən
65
3
publika.az

4Mənbələr