AZ

Arktikada yeni "BelAZ" texniki dəstək mərkəzi açıldı

Rusiyanın şimal regionu ilə Belarus arasında qarşılıqlı əlaqə çərçivəsində Murmansk vilayətində "BelAZ" texniki dəstək mərkəzi işə başlayıb. 

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Murmansk vilayətinin Arktika İnkişaf və İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, mərkəz Belarus avadanlıqlarının işlədiyi Arktikada dağ-mədən müəssisələrinin səmərəliliyini artıracaq. Qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində 2023-cü ildə Belarus hökuməti arasında əməkdaşlıq sazişi imzalanıb. 

Qeyd olunub ki, Murmanskdan 200 km aralıda yerləşən Apatiti şəhərində yerləşən yeni mərkəz müasir diaqnostika avadanlıqları ilə təchiz olunub və xidməti əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Gülşən Şərif

Seçilən
25
bakivaxti.az

1Mənbələr