AZ

Bakı küçələrində “hoqqa” çıxaran təhlükəli sürücü - 99-PF-501 - VİDEO

Paytaxt küçələrində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüsü sosial şəbəkədə paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, 99-PF-501 dövlət nömrə nişanlı “Chevrolet Cobalt” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edib. Salyan şossesində qeydə alınmış görüntüdə o, ardıcıl olaraq zolaqlar arası keçid edib və bu zaman hərəkətdə olan digər nəqliyyat vasitələrinə təhlükə yaradıb. Bibiheybət yolunda çəkilmiş digər kadrda isə sürücü əks istiqamətli yola çıxaraq qarşı tərəfdən gələn avtomobillərə qəza şəraiti yaradıb. Hətta “Mercedes” markalı maşınla toqquşmaqdan son anda yayınıb.

Qeyd edək ki, sürücünün törətdiyi qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin qanunamüvafiq maddəsiylə tənzimlənir.

Nərmin

Seçilən
27
avtosfer.az

1Mənbələr