Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.
Budəfəki müsahibimiz Tacikistanın energetika və suehtiyatları naziri Daler Cumadır.
Nazir Trend-əaçıqlamasında bildirib ki, Tacikistan Azərbaycan, Qazaxıstan vəÖzbəkistan arasında "yaşıl" dəhliz layihəsinə qoşulma imkanınınəzərdən keçirməyə hazırdır.
“Bu, çox maraqlı layihədir, baxmayaraq ki, hələlik həmkarlarımızbizə rəsmi təkliflə müraciət etməyiblər. Məlumdur ki, Tacikistan vəQırğızıstan kimi Mərkəzi Asiya ölkələri üçün bu cür təşəbbüslərböyük əhəmiyyət kəsb edir və inkişaf etdirilməlidir. Biz ümumilikdəbu məsələni nəzərdən keçirməyə hazırıq”, – deyə o qeyd edib.
Cuma “yaşıl” dəhlizin yaradılmasının perspektivlərini çoxümidverici adlandırıb.
“Tacikistan Mərkəzi Asiyanın digər ölkələri, o cümlədən,Qırğızıstan və Pakistan ilə birlikdə oxşar CASA-1000 layihəsinihəyata keçirir. Bu layihə çərçivəsində Mərkəzi Asiyadan Pakistana1000 meqavat yaşıl enerji ötürüləcək. Bu layihədə qabaqcıltexnologiyalar tətbiq olunur. Hesab edirəm ki, bu kontekstdə biz öztəcrübəmizi bölüşə bilərik”, – deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.