AZ

Zaur Hacı-Məhərrəmov “İnter” - “Leypsiq” matçında

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Belə ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsi çərçivəsində keçiriləcək “İnter” (İtaliya) – “Leypsiq” (Almaniya) oyununda UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 26-dan 27-nə keçən gecə İtaliyada baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Seçilən
45
arena.az

1Mənbələr