ABŞ-nın dövlət borcu tarixdə ilk dəfə olaraq 36 trilyon dolları ötüb. Bu barədə ABŞ Debt Clock xidmətinin statistikası məlumat yayıb.
Xidmətin məlumat bazasında noyabrın 15-nə olan "ümumi dövlət borcu" sütununda 36 trilyon dollar göstərilir. Bu, rekord göstəricidir. Yanvarın əvvəlində 34 trilyon dolları keçib.
Bundan əvvəl respublikaçılar ABŞ prezidenti Co Baydeni siyasətinə görə tənqid ediblər və bu, onların fikrincə, dövlət borcunun artmasına səbəb olub
"Belə yüksək kəsir və borclar ABŞ və qlobal iqtisadiyyat üçün artan risk yaradır, potensial olaraq daha yüksək fiskal maliyyələşdirmə xərclərinə və vaxtı çatan öhdəliklərin rəvan dövriyyəsinə yönəldilməsi üçün artan riskə səbəb olur", - Fond bildirib.
Konqresin Büdcə Ofisinin proqnozlarına görə, 2034-cü ildə dövlət borcu 50 trilyon dolları (ÜDM-in 122%-i) keçəcək.
Ofisin hesablamalarına görə, 2029-2034-cü illərdə ÜDM-in orta illik artımı 1,8% təşkil edəcək.
Aytac
www.anews.az