Energetika naziri Pərviz Şahbazov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində Tacikistanın energetika və su resursları naziri Daler Cuma ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.
"Tacikistanın energetika və su resursları naziri Daler Cuma ilə görüşdə neft tədarükü, bərpa olunan enerji layihələrində Azərbaycan şirkətlərinin iştirakı və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi apardıq",- paylaşımda qeyd olunub.