AZ

 Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi -TƏHLİL

Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Fransalı nazirin COP29-da iştirakdan imtina etməsi qeyri-konstruktiv yanaşmadır. Nazir deyib ki, özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edən Aİ-nin aparıcı ölkəsi olan Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənarda qalması, konfransda iştirak etməməsi yanlış addımdır. O bildirib ki, ən azı Azərbaycan heç vaxt iqlim mövzusunu Fransa ilə münasibətlərinə qarışdırmır. Bizim COP-dan öncə də tədbirlərimiz olub və onların hamısına fransalı danışıqçılar, Fransa nümayəndələri dəvət olunublar və bu tədbirlərdə iştirak ediblər. Bizim COP komandamız da onlarla çox konstruktiv işləyiblər. Bundan öncə də söylədiyim kimi, Fransanın iştirak etməməsi bu artıq onların öz seçimidir. 

Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a bildirib ki, fransalı nazirin COP29-da iştirakdan imtina etməsi Fransanın COP29-la bağlı əvvəldən apardığı siyasətin tərkib hissəsidir:

“Bakının hələ COP29-a ev sahibliyi etməsi ilə bağlı namizədliyini verdiyi dövrdən bu prosesə start verilib. Fransanın məqsədi Azərbaycana qarşı beynəlxalq müstəvidə həm media, həm də təşkilatlar üzərindən qarayaxma kampaniyası aparmaqdır. Sözügedən prosesdə Fransa əsas təşkilatçılardan biridir. Hətta Fransa rəsmilərinin açıqlamalarında belə biz bunu görürük. Onlar COP29 ərəfəsində tədbirin Azərbaycanda keçirilməsinin qarşısını almağa cəhd göstərirdilər. Amma həmin cəhdlərə baxmayaraq Fransanın planı baş tutmadı. Fransa daha sonra COP29-un boykot edilməsi kampaniyasına başladı. Avropada bir çox ölkənin və ekoloji təşkilatların proseslə qoşulmamasına çalışdılar. Fransa tərəfi buna da nail ola bilmədi. Onlar hesab etdilər ki, COP29-u boykot etməklə tədbirin effektivliyini azaldacaqlar. Amma bir həftəyə yaxındər dəvam edən tədbir göstərir ki, COP29 lazimi səviyyədə baş tutur. COP29-un yüksək səviyyədə təşkilini keçirilən müzakilərdən, gələn qonaqların açıqlamalarından aydın olur”.

Ekspert qeyd edib ki, Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərinin həllində maraqlı olmadığını göstərdi:
“İndiyə qədər Fransa bu problemlərin həllində özünü əsas ölkə kimi tanıdırdı. Qlobal iqlim problemində əsas məsələlərdən biri maliyyənin həll olunmasıdır ki, bu ilk dəfə Parisdə razılaşdırılıb. Ona görə də Fransa bu məsələni şəxsi siyasi maraqlarına qurban verməməliydi. Nəzərə almaq lazımdır ki, COP Azərbaycanın deyil, BMT-nin tədbiridir və müzakirə olunan mövzular bütün dünyanı maraqlandıran qlobal iqlim problemidir”.
Seçilən
54
sherg.az

1Mənbələr