AZ

Ölən iti üçün torpaq aldı, məzarı başında dua etdi - FOTO

İtinin ölməsindən sonra çox kədərlənən və iti üçün torpaq aldığını və ona məzar tikdirdiyini izah edən görmə əngəlli Ər: “Hər hansı bir yerə qoymayaq" dedik, 280 kvadratmetrə yaxın bir torpaq sahəsi alaraq orada ona məzar qazdırdıq ki, Mistikin yeri bəlli olsun", - söylədi.

Qaziler.az bildirir ki, hadisə Türkiyənin İstarta şəhərində olub.

İspartanın alıköy kəndində yaşayan 62 yaşlı gözdən əlil, Əlillər dərnəyinin İsparta şöbəsinin sədri İsmayıl Ər 14 il əvvəl terrier cinsli it götürərək saxlarıb. Ər çox bağlandığı itə "Mistik2 adını qoyub.

İtinin ölümündən sonra çox kədərlənən Ər itinin məzarı üçün torpaq sahəsi alıb.

Alıköy kəndində 280 kvadratmetrlik torpaq sahəsini hasara alan Ər iti öldükdən sonra burada basdırıb.

Torpağın girişində it üçün məzar tikdirən İsmayıl Ər məzar daşına itinin şəklini çəkdirib, üzərinə adını, doğum və ölüm tarixlərini yazdırıb.

Ər məzar daşındakı itinin soyadı hissəsində öz soyadını yazıb.

Gözdən əlil həyat yoldaşı Hatice Ər və itinin ölümündən sonra İsmayıl Ər tez-tez sevimli itlərinin məzarını tez-tez ziyarət edir, məzarı başında dua edirlər.

İtinin məzarını ziyarət edən İsmayıl Ər bu sözləri deyib:

"Mistik bizə 2010-cu ildə 2 aylıq olanda gəldi. Dostu oğluma hədiyyə etmişdi. Biz ona öz övladımız kimi yanaşırıq. Dolayısı ilə 14 il Ər Ailəsinin üzvü olaraq aramızda yaşadı. Mistik o günlərdən sonra can yoldaşımız oldu. Biz ona sevgimizi verdik, o da bizə sevgisini eyni şəkildə verdi. Aramızda bir könül bağı var idi. Mıstı çox sevirdik. Biz onu bizi qorusun deyə deyil, uşaq kimi sevirdik".

QAZİLER,AZ

Seçilən
54
qaziler.az

1Mənbələr