Ukraynalı əsir əsgər Sergey Paliy Almaniyanın Hammelburq şəhərində təlim keçən ukraynalı əsgərlərin təlim mərkəzindən çıxmasına icazə verilmədiyini ifadə edərək, onlardan bəzilərinin qaçdığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Ukraynalı məhbus Sergey Paliy “Sputnik”ə “Onlar bizə dedilər ki, bizdən əvvəl bir neçə nəfər qaçıb və hələ də tapılmayıb. Belə ki, təlim mərkəzinin əməkdaşları risk etmək istəmirdilər. Bir şeyə ehtiyacımız olsa, onu almağı təklif etdilər. Onlar dərhal dedilər ki, biz gələnə qədər bir neçə nəfər qaçıb", - deyə bildirib.
Paliy əlavə edib ki, onların dəstəsinin heç yerə getməsinə icazə verilmədiyi və yaşayış yeri daim mühafizə altında olduğundan qaçmaq imkanı olmayıb.
Bavariyanın Hammelburq şəhərində Almaniya ordusuna bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təlim Mərkəzi fəaliyyət göstərir. Burada BMT-nin hərbi müşahidəçiləri hazırlanır.
Məlumata görə, kurs iştirakçılarına danışıqlar, vasitəçilik, ünsiyyət, koordinasiya, sənədləşmə və hesabatlılıq üzrə intensiv təlimlər keçirilir. Təlim açıq sahədə keçirilir.