AZ

FIFA klublararası dünya çempionatının orijinal kubokunu təqdim etdi

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatı üçün yeni kuboku təqdim edib.

Qaynarinfo xəbər verir ki, kubok üç ayrılan hissədən ibarət qızılı disk şəklindədir. Kubokda FİFA-ya üzv olan bütün assosiasiyaların adları var.
 


Hazırda turnirin 32 iştirakçısından 30-u məlumdur: Çelsi, Mançester Siti, Real Madrid, Atletiko Madrid, Bayern Münhen, Borussia Dortmund, Yuventus, İnter, PSJ, Benfika, Porto, Salzburq, Əl-Hilal, Flamenqo, Monterrey, Palmeyras, Fluminense, Leon, Siettl Sounders,  Əl-Əhli, Vidad, Urava Red Daymond, Oklend Citi, Esperanse, Mamelodi Sandouns, Əl-Əyn, Ulsan Hyundai, Paçuka, River Pleyt və Boka Xuniors, Inter Mayami.

2025-ci il Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Turnirin püşkatma mərasimi dekabrın 5-də keçiriləcək.

Qeyd edək ki, daha əvvəl "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Madrid klubunun Klublararası Dünya Çempionatında iştirak etməyəcəyini bildirib.

Nizami Bağırov
Seçilən
28
qaynarinfo.az

1Mənbələr