“Qalatasaray”ın hücumçusu Mauro İkardi keçmiş həyat yoldaşı Vanda Nara tərəfindən zorakılıqda ittiham olunub.
QOL.az AS nəşrinə istinadən xəbər verir ki, Vandanın İkardidən şikayətçi olduğu bildirilir:
Futbolçunun “Vanda Naraya qarşı birbaşa və ya dolayı təqib, hədə-qorxu hərəkətlərindən çəkinməli olduğu” haqda qanuni hərəkətlərə dair bildirişlər aldığı deyilir. Argentinalı forvard noyabrın 15-də Buenos-Ayresdəki mülki məhkəmə qarşısında çıxış edəcək.
Keçmiş həyat yoldaşları arasında münaqişə futbolçunun zədələnərək Argentinaya qayıtmasından sonra baş verib.