AZ

“Qarabağ” azarkeşlərinin Avropadakı YERI

Avrokubokların ilk dəfə yeni formatda keçirilən Liqa mərhələsi yarılanıb.

İdman.biz xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında dörd, Konfrans Liqasındakı üç turdan sonra turnirlər ekvator xəttinə çatıb.

Əsas raundun 108 iştirakçısı ümumilikdə 198 matç keçirib. Bu qarşılaşmalarda ən çox tamaşaçı toplayan komandaların siyahısı da məlumdur.

Orta tamaşaçı sayında ənənəvi lider Dortmund “Borussiya”sı 1-ci pillədə qərarlaşıb. Almaniyalı azarkeşlər Avropada “bir nömrə”dir. Klubun Liqa mərhələsindəki qarşılaşmalarında orta hesabla 81 min 365 seyrçi olub.

“Bavaiya” (75000) ikinci, “Reaı” (73830) üçüncüdür. Hər üç lider Çempionlar Liqasında mübarizə aparır.

Ümumi siyahının dördüncüsü “Mançester Yunayted” Avropa Liqasının lideridir. İngiltərə klubu orta hesabla 73 min 122 izləyiciyə malik olub.

Azərbaycanın Liqa mərhələsindəki yeganə təmsilçisi “Qarabağ”ın da 108 komanda arasındakı mövqeyi bəllidir. Ağdam klubunun iki matçında ümumilikdə 55 min 754 izləyici olub. Orta göstərici 27 min 877-yə bərabərdir.

“Qarabağ” azarkeşləri bu nəticə ilə Avropada 44-cüdürlər. Maraqlıdır ki, 45-ci sırada Ağdam klubunun növbəti rəqibi “Lion” qərarlaşıb – 25 min 881. Azərbaycan çempionu mübarizə apardığı Avropa Liqasında isə 17-ci sırada yer alıb.

Qeyd edək ki, “Qarabağ” növbəti ev oyununu noyabrın 24-də “Lion”a qarşı keçirəcək.

Vüqar Xeyrullayev
İdman.biz

Seçilən
33
idman.biz

1Mənbələr