AZ

Fitso Ukraynanın NATO-ya üzvlüyünə nə vaxta qədər mane olacağını açıqlayıb

Slovakiyanın baş naziri Robert Fitso Ukraynaya humanitar və iqtisadi yardımı dəstəklədiyini bildirib, həmçinin onun gələcək Avropa İttifaqına üzvlüyünə sadiq olduğunu bəyan edib.

Qaziler.az bildirir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

“Ukrayna müəyyən edilmiş qaydalara uyğun ədalətli sülhə layiqdir, Ukrayna Aİ-nin bir hissəsi ola bilər, lakin o, ümumiyyətlə NATO-nun üzvü ola bilməz”, - deyə Fitso vurğulayıb.

Eyni zamanda o, Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasına qəti şəkildə qarşı çıxıb. Siyasətçi hesab edir ki, bu, qlobal münaqişənin ciddi eskalasiyasına səbəb ola bilər.

"Ukraynanın NATO-nun müdafiə alyansına üzvlüyü üçüncü dünya müharibəsinin başlanmasına səbəb ola bilər", - baş nazir bildirib.

Fitso həmçinin əmin edib ki, o, hökumət başçısı postunu tutduğu müddətdə Slovakiya 2004-cü ildən üzv olduğu Alyansa Ukraynanın qəbul olunmasına qarşı çıxacaq.

QAZİLER.AZ

 

Seçilən
24
1
qaziler.az

2Mənbələr