İlk dəfə olaraq Rusiyanın beşinci nəsil Su-57 qırıcısının kabinəsinin fotosu dərc edilib.
Publika.az xəbər verir ki, fotunu “Rossiyskaya qazeta” (RG) yayıb.
Fotoda salonun lakonik interyeri, o cümlədən, iki monitor və idarəetmə pultu nəzərə çarpır.
İndiyədək pilot və texniki işçilərdən başqa, bu qırıcının kabinəsini yalnız dövlət başçıları müşahidə edə bilmişdilər.