AZ

Simonyan Macarıstan prezidenti ilə sülh müqaviləsini müzakirə etdi

Macarıstanda rəsmi səfərdə olan Ermənistan parlamentinin spikeri Alen Simonyan Macarıstan prezidenti Tamaş Şulyok ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Spiker və Macarıstan Prezidenti ikitərəfli münasibətlərlə bağlı müzakirələrdən başqa, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, eləcə də regional maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Simonyan Ermənistan hökumətinin təşəbbüsü ilə həyata keçirilən “Sülh yollarının kəsişməsi” layihəsini də Şulyoka təqdim edib.

Ağarza Elçinoğlu 

Seçilən
77
40
unikal.az

10Mənbələr