AZ

Özbəkistanın mədəni dəyərləri ətraf mühitin qorunması ilə sıx bağlıdır - Nazir

Bakı. Trend:

Özbəkistanın mədəni dəyərləri ətraf mühitin qorunması ilə sıxbağlıdır.

Trend xəbərverir ki, bunu Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovmədəniyyətə əsaslanan iqlim tədbirləri üzrə ikinci yüksək səviyyəlinazirlər görüşündə çıxışı zamanı bildirib.

“Özbəkistanda iqlim dəyişikliyi artıq gündəlik həyatımızınaktual problemlərindən birinə çevrilib. Biz iqlim dəyişikliyinəqarşı mübarizə üçün dayanıqlı və inklüziv həll yollarını mədənidəyərlərimizə və ənənələrimizə əsaslanaraq fəal şəkildə axtarırıq,”– deyə o qeyd edib.

Nazir vurğulayıb ki, Özbəkistan iqlim dəyişikliyi və dayanıqlıinkişaf məsələləri üzrə milli siyasət və təşəbbüslərə sadiqqalaraq, İqlim Dəyişikliyi üzrə BMT Çərçivə Konvensiyası və ParisSazişi kimi əsas sənədləri dəstəkləyir.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin nəticələri ilə bağlıekoloji sərgilər, sənədli filmlər və tamaşalar ictimai şüurunartırılmasına, məsuliyyət hissinin və problemin anlaşılmasınıngüclənməsinə kömək edir. Bundan əlavə, iqlim tədbirləri üçün qlobalmədəniyyət səfirləri proqramının başlanması zəruridir. İncəsənətnümayəndələri, məsələn, artistlər, musiqiçilər, yazıçılar,bloqqerlər və tanınmış şəxslər cəmiyyətə böyük təsir göstərir.

“Biz dayanıqlı gələcək üçün çalışaraq, bu gün qarşılaşdığımızbir çox qlobal problemləri həll edə bilərik. Bundan əlavə,incəsənət insanları duyğulara səsləyir, yaradıcı ideyalararuhlandırır və musiqi, teatr və kino kimi formalar vasitəsiləfəaliyyətə təşviq edir. Beləliklə, iqlim dəyişikliyi problemini hərkəs üçün daha yaxın və əhəmiyyətli edə bilərik”, – deyə nazirvurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
34
az.trend.az

1Mənbələr