AZ

“Şamaxı” MOİK-lə yoxlama oyunu keçirəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” klubu Birinci Liqa təmsilçisi MOİK-lə yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən baş məşqçi Ayxan Abbasov yetirmələrini aşağı liqa təmsilçisi ilə görüşdə sınaqdan keçirəcək. Qarşılaşma Şamaxı şəhər stadionunda baş tutacaq.

Noyabrın 17-də reallaşacaq görüşün start fiti saat 15:00-da səslənəcək.

Xatırladaq ki, Şamaxının eyniadlı təmsilçisi Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə keçirdiyi 12 oyunda 3 qələbə qazanıb, 4 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. Əyalət klubu 13 xalla turnir cədvəlinin 6-cı pilləsindədir.

Seçilən
45
arena.az

1Mənbələr