AZ

“İqlim problemlərinin həlli üçün inkişaf etmiş dövlətlər səfərbər olmalıdır” - POLİTOLOQ

“İqlim problemləri qlobal əhəmiyyət kəsb edir. Tempratur qalxmaqda davam edir. Son iki onillikdə bu artım dünya üçün məqbul olan həddi keçib. Bu prosesin ciddi sosial-iqtisadi təsirləri olur. Dünya üçün isə ümumi qlobal fəsadları mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

O bildirib ki, insanların rifah səviyyəsinə, həyatlarına, onların sosial səviyyəsinə təsir edir:
“Digər tərəfdən isə bu məsələlərdə həssas olan ölkələr tərəfindən iqlim tədbirləri də həyata keçirilir. İqlim problemlərinin qarşısının alınması üçün inkişaf etmiş dünya dövlətləri daha çox səy göstərməli, səfərbər olmalıdırlar.
Ümumilikdə dünyanın aparıcı dövlətlərinin bu problemin qarşısının alınması üçün iqtisadi cəhətdən təmsil olunmaları çox mühümdür. Məhz elə bu səbəbdən ölkələr uyğunlaşma prosesinə investisiya yatırmağa təşviq olunur. İqlim dəyişikliklərinə mənfi təsir göstərən halların qarşısının alınması və bu sahəyə investisiya qoyuluşu çox əhəmiyyətlidir. Həmçinin qlobal iqlim keçidi məsələləri də bu mənada iqtisadi önəmə sahibdir.

Qeyd eləmək lazımdır ki, Azərbaycan iqlim dəyişikliyi probleminə çox həssas yanaşır. Azərbaycanda iqtisadi keçid məsələsi sürətlənib. Yaşıl enerjiyə ciddi önəm verilir və investisiya qoyuluşu artmaqdadır. Üstəlik Azərbaycanda qeyri neft sektorunun inkişafı neft sektorunu üstələməkdədir. Bu il qeyri-neft sektorunda irəliləyiş xeyli yüksələrək müəyyən bir mərhələyə çatmışdır”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
31
sia.az

1Mənbələr