AZ

Apellyasiya Məhkəməsi Ülvi Həsənlinin qeyri-insani rəftardan şikayətini təmin etməyib

Noyabrın 15-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media” nəşrinin direktoru Ülvi Həsənlinin 1 saylı Bakı İstintaq Təcridxanasına və Penitensiar Xidmətinə qarşı şikayətinə baxılıb.

Şikayət həbs şəraitinin pis olması, qeyri-insani rəftar və Həsənlinin istintaq təcridxanasında hüquqlarının məhdudlaşdırılması ilə bağlıdır. Lakin hər iki qurumun nümayəndələri məhkəməyə gəlməyiblər.

Məhkəmə zamanı Həsənli bildirib ki, ona azyaşlı uşağı ilə görüşməyə icazə vermirlər. Şüşə arakəsmə vasitəsilə xanımı ilə görüş zamanı 5-6 nəzarətçi yanında dayanır və onların söhbətlərini dinləyir.

"Bizim telefon danışıqlarımız dinlənilir, vəkilə isə zəng etməyə, ümumiyyətlə, icazə verilmir. Yaz aylarında, dözülməz istilər olanda bizə hətta foroç da açmadılar", - deyə Həsənli qeyd edib.

“Telefon danışıqlarımın hamısı dinlənilir, vəkillə isə ümumiyyətlə danışmağa icazə vermirlər. Yay aylarında dözülməz isti oldu, biz nə qədər dedik ki, "qarmoşka"nı açın, açmadılar", - Həsənli deyib.

Onun sözlərinə görə, bütün baş verənləri ictimailəşdirdikdən sonra Penitensiar Xidmətin Naib adlı əməkdaşı onu belindən vuraraq xəsarət yetirib. Həyatı ilə bağlı təhdidlərlə üzləşib. Ancaq Həsənli yenə əvvəl də söz açdığı məsələləri qaldırıb və təcridxanada baş verənləri bir daha xatırladıb.

Təcridxanada su gündə 2 dəfə fasilələrlə verilir. “Saxlanıldığımız korpusda məhbuslara işgəncə verirlər və biz onların qışqırtısını, iniltisini eşidirik", - Həsənli əlavə edib.

Lakin məhkəmə şikayəti təmin etməyib.

*Ülvi Həsənli 2023-cü ilin noyabrında-2024-cü ilin yanvarında "Abzas Media işi" üzrə həbs edilmiş altı jurnalistdən biridir. Sonradan bu iş üzrə iqtisadçı Fərid Mehralızadə də həbs edilib.

Əvvəlcə onları Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə ittiham olunub.

Lakin avqustun 16-19-da ittihamlar sərtləşdirilib -Cinayət Məcəlləsinin 192.3.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq); 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil qrup tərəfindən cinayət yoluyla əldə edilmiş gəlirlərin leqallaşdırılması); 206.4 (mütəşəkkil qrup tərəfindən qaçaqmalçılıq); 320.1 və 320.2 (sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə); həmçinin 213.2.1-ci (qrup şəklində vergidən yayınma) maddələri.

Bu ittihamlar 12 ilə qədər həbs cəzasını nəzərdə tutur. Jurnalistlər bütün ittihamları rədd edirlər.

Seçilən
66
turan.az

1Mənbələr