AZ

Avropa İttifaqının iqlim üzrə xüsusi elçisi: Azərbaycanın yaşıl enerji sahəsində böyük potensialı var

Ümid edirəm ki, COP Sədrliyinin rəhbərliyi altında dünya bir araya gələrək həm iddialı, həm də real nəticələr əldə edəcək. Ən həssas ölkələrə iqlim dəyişikliyinə uyğunlaşmağa kömək etməliyik, eyni zamanda, iqlim dəyişikliyinin özünü də aradan qaldırmaq üçün birgə çalışmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa İttifaqının iqlim və ətraf mühit üzrə xüsusi elçisi Toni Aqota AZƏRTAC-a verdiyi eksklüziv müsahibədə səsləndirib.

O, COP29-un əhəmiyyəti, iqlim dəyişikliyi ilə mübarizə və maliyyələşmə problemlərindən danışaraq hər bir ölkənin öz öhdəliklərini yerinə yetirməsinin vacibliyini vurğulayıb.

“Daha çox maliyyə lazımdır və buna görə də daha geniş donor bazası tələb olunur. Avropa İttifaqı dünyanın ən böyük donorudur və bu mövqeyimizi davam etdirəcəyik. Amma digər iqtisadi baxımdan inkişaf etmiş ölkələrin də məsuliyyəti bölüşməsi vacibdir. Daha çox rifah, daha çox məsuliyyət deməkdir. Əgər birlikdə çalışsaq, buna nail ola bilərik”, - deyə Toni Aqota qeyd edib.

Xüsusi elçi, həmçinin Azərbaycanın yaşıl enerji sahəsindəki səylərini yüksək qiymətləndirib və ölkənin bu sahədə böyük potensiala malik olduğunu qeyd edib.

COP29 tədbirinin təşkilatçılığına toxunan Toni Aqota Azərbaycanın bu tədbirdə uğurla çıxış etdiyini vurğulayaraq deyib: “Pavilyonların olduğu sahə möhtəşəmdir, tədbir çox yaxşı atmosferdə keçir. Həmişəki kimi, belə tədbirlərdə çoxsaylı görüşlər olur və burada da proses çox yaxşı gedir”.

Seçilən
31
1
xalqqazeti.az

2Mənbələr