AZ

Əvvəl jurnalist sevgilisini, sonra özünü güllələdi - FOTO

Türkiyənin Elazığ şəhərində Vahab Səlim Çətin adlı şəxs yerli televiziyada müxbirlik edən sevgilisi Semra Dəmirəllini tapança ilə boynundan vuraraq ağır yaralayıb.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə günorta saatlarında Abdullahpaşa məhəlləsi, 263-də baş verib.

Çətin Semra Dəmirəllinin evinə gedib. Qızın anası evdə olarkən ikisi arasında "qısqanclıq" zəminində mübahisə düşüb. Bu vaxt Vahap Səlim Çətin özü ilə gətirdiyi silahla Semra Dəmirəlliyə atəş açıb. Daha sonra o, Akçakiraz qəsəbəsində eyni silahla intihara cəhd edib. Hadisədən sonra xəstəxanaya yerləşdirilən Vahab Səlim Çətin dünyasını dəyişib.



Semra Dəmirəllinin həyati təhlükəsi davam edir. Hadisə ilə bağlı istintaq davam edir.

Qeyd edək ki, Çətinin böyük qardaşı Xəlil Çətinin də sevgilisini öldürdükdən sosnra intihar etdiyi ortaya çıxıb.

Rəhman Mirzəlizadə, Bakupost
Seçilən
38
bakupost.az

1Mənbələr