AZ

Bu ölkə Türkiyədən 6 ədəd “Bayraktar TB2” alır

Xorvatiya hökuməti Müdafiə Nazirliyinin sifarişi əsasında Türkiyə istehsalı olan 6 ədəd “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatının alınmasına qərar verib.

Publika.az xəbər verir ki, Xorvatiya hökumətinin iclasında Müdafiə Nazirliyi “Baykar”ın istehsalı olan “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatının tədarükü ilə bağlı müraciəti təsdiqləyib.

İclasda çıxış edən müdafiə naziri İvan Anusiç bildirib ki, Xorvatiya Silahlı Qüvvələri “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatlarının tədarükünə ehtiyac duyur:

"Konfiqurasiyaya kəşfiyyat məqsədləri üçün elektro-optik kameralar və ilkin silah dəsti ilə təchiz edilmiş altı təyyarə daxildir. “Bayraktar TB2” sistemləri üçün təxminən 86,4 milyon avro ödəniləcək. “Bayraktar TB2” pilotsuz uçuş aparatı sistemi sərhəd nəzarəti, yanğın monitorinqi kimi sahələrdə effektiv və faydalı şəkildə istifadə edilə bilər. Bu sistemdən təhlükəsizlik və kəşfiyyat orqanları, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı, Meşə və Balıq Təsərrüfatı Nazirliyi və Ərazi Planlaşdırılması, Tikinti və Dövlət Əmlakı Nazirliyi də istifadə edə bilər”.

Seçilən
35
publika.az

1Mənbələr