AZ

Vidadi İsayev Bərdənin Samuxlu kəndində səyyar qəbul-görüş keçirdi

Bərdə rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayevin Samuxlu kəndində səyyar qəbul-görüşü keçirilib.
 
Moderator.az xəbər verir ki, görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
 
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Samuxlu kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
 
Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, elektrik enerjisinin gərginliyinin artırılması, 220 metr uzunluqda içməli su borularının dəyişdirilməsi, fərdi yaşayış evi ilə təmin olunma, suvarma arxlarının lildən təmizlənməsi, fərdi yaşayış evinə qaz və elektrik xəttinin çəkilməsi, həyətyanı torpağın və fərdi yaşayış evinin sənədləşdirilməsi, Samuxlu kənd tam orta məktəbin yeni korpusunun tikilməsi ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
 
Seçilən
60
4
moderator.az

3Mənbələr