Bakı. Trend:
Böyük Britaniya karbon idarəetmə texnologiyalarının tətbiqindəqlobal Cənuba dəstək göstərməyə sadiqdir.
Trend xəbərverir ki, bunu Böyük Britaniyanın iqlim naziri Kerri MakKarti COP29çərçivəsində karbon emissiyalarının idarə edilməsi üzrə nazirlərkonfransında bildirib.
“Böyük Britaniya qlobal Cənuba və inkişaf etməkdə olan ölkələrəkarbon idarəetmə texnologiyalarının tətbiqi və onların üzləşdiyimaliyyə maneələrinin aradan qaldırılmasında dəstək göstərməyəsadiqdir. Biz iqlim maliyyələşdirilməsinə üstünlük verməyə davamedəcəyik ki, bu da həssas ölkələrin iqlim dəyişikliyininnəticələrinə uyğunlaşmasına və azkarbonlu iqtisadiyyata keçidinədəstək olacaq”, – deyə nazir vurğulayıb.
MakKarti bildirib ki, Dünya Bankının ESMAP proqramı vasitəsiləhəyata keçirilən Təmiz Enerji İnnovasiyaları proqramı çərçivəsindəSənayenin Dekarbonizasiyası Fondu inkişaf etməkdə olan ölkələrdətəmiz enerji sahəsində innovasiyaları yaxşılaşdırmağa yönəlib.
Onun sözlərinə görə, bu proqram təmiz enerji texnologiyalarınıninkişafına kömək edəcək, bu da enerji təhlükəsizliyini artıracaq vəemissiyaların azalmasına töhfə verəcək.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.