AZ

Qırmızı panda balası atəşfəşanlıqdan qorxaraq öldü

Şotlandiyada nəsli kəsilməkdə olan qırmızı panda balası zooparkın yaxınlığındakı atəşfəşanlıqdan qorxduğu üçün ölüb.

Publika.az xəbər verir ki, Şotlandiyanın Edinburq zooparkında baş verən hadisədə qırmızı panda balasının atəşfəşanlıq səsindən qorxduğu üçün öldüyü vurğulanıb.

"Nəsli kəsilməkdə olan qırmızı panda balası Roksinin tonqal gecəsində ölməsindən sonra atəşfəşanlığa daha sərt məhdudiyyətlər qoymağa çağırırıq. Ekspert baytar komandamız hesab edir ki, üç aylıq Roksi atəşfəşanlığın yaratdığı stress nəticəsində ölmüş ola bilər. Bu səbəbdən də atəşfəşanlığı qadağan etmək və yalnız təşkil olunmuş tədbirlərdə nümayişlərə icazə vermək çağırışlarını dəstəkləyirik”, - deyə zooparkdan bildirilib.

Seçilən
14
2
publika.az

4Mənbələr