AZ

Rumıniya "yaşıl" keçidə fəal şəkildə hazırlaşır - Alina Kaleya

Bakı. Trend:

Rumıniya "yaşıl" keçidə fəal şəkildə hazırlaşır.

Trend xəbərverir ki, bunu Rumıniya Baş nazirinin "yaşıl" keçid və iqlimdəyişikliyi məsələləri üzrə dövlət müşaviri Alina Kaleya COP29çərçivəsində Karbon Emissiyalarının İdarə Edilməsi üzrə NazirlərKonfransında çıxışı zamanı bildirib.

“Rumıniya bu sahədəki inkişafı diqqətlə izləyir və vaxtındadüşünülmüş tədbirlər görməyə çalışır. İqlim dəyişikliyi məsələləriRumıniya hökumətinin diqqət mərkəzindədir. Təxminən üç il əvvəl bizdövlət idarəetmə sistemimizdə unikal olan xüsusi bir işçi qrupyaratdıq. Bu qrup dövlət və iqtisadi operatorlar arasındatərəfdaşlıq çərçivəsində "yaşıl" keçidi dəstəkləməyə yönəlib”, –deyə o qeyd edib.

Onun sözlərinə görə, Rumıniyada bir neçə ildir ki, hökumət vəbiznes arasında "yaşıl" keçidlə bağlı fəal dialoq aparılır.Xüsusilə enerji sektorunda metan emissiyalarının azaldılması,biometan istehsalının inkişafı və digər ekoloji təşəbbüslərə diqqətyetirilir.

Hökumət yanında xüsusi işçi qrupu ekoloji təmiz texnologiyalarıntəşviqinə cavabdeh olan bütün dövlət qurumlarını və bu proseslərdəiştirak etməkdə maraqlı olan iqtisadi operatorları birləşdirir.

“Hazırda karbonun tutulması və saxlanması (CCS) üzrə həyatakeçirilən layihələrimiz yoxdur, lakin əvvəllər bu sahədə birlayihəmiz olmuşdu ki, bu da bizə belə təşəbbüslərin hazırlanmasındadəyərli təcrübə qazandırdı. Hazırda milli qanunvericilik vəinstitusional arxitekturanın tənzimlənməsini başa çatdırmağayaxınıq, bu isə bizə bu sahədə ilk strategiya və planı təqdimetməyə imkan verəcək”, – deyə Alina Kaleya əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
61
1
az.trend.az

2Mənbələr