AZ

Dünya bazarında buğda bahalaşıb –QİYMƏTLƏR

 Dünya bazarında buğdanın qiyməti bahalaşıb.

Azpost.info bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin oktyabr ayı üçün hazırlanmış hesabatında bildirilir.

Hesabat ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 8 Noyabr 2024-cü il tarixli hesabatı əsasında hazırlanıb.

Sənəddə qeyd olunur ki, 2024-cü ilin oktyabr ayında buğdanın qiyməti əvvəlki aya nisbətən 2.8% artaraq tonu 234 dollar olub.

Rusiya buğdasının ixrac qiyməti oktyabr ayında əvvəlki aya nisbətən 7.4% artaraq 235 ABŞ dolları/ton təşkil edib.

Hesabatda dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 2.7% azalaraq 215 milyon ton olacağı proqnozlaşdırılır.

Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 3.0% azalacağı və 258 milyon tona enəcəyi gözlənilir. Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.

 

Seçilən
44
azpost.info

1Mənbələr