AZ

Zimbabvenin Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib

Bakı. Trend:

Noyabrın 15-də Zimbabve Respublikasının Milli Assambleyasınınsədri Jakob Mudenda BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29)iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Trend xəbər verir ki, HeydərƏliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatlarıMahir Süleymanlı, Şahin İsmayılov və digər rəsmi şəxslərqarşılayıblar.

Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də BakıdaParlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığıilə Parlament Görüşü keçiriləcək. Görüşdə 66 ölkədən və beynəlxalqtəşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçınınqatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167parlament üzvünün iştirakı gözlənilir.

Seçilən
34
1
az.trend.az

10Mənbələr